Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
GDP xəbər verir ki, Sərəncama əsasən, XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
birinci yeri tutan hər bir idmançıya 400 000 manat, onun məşqçisinə 200 000 manat;
ikinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat;
üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Trending
- Daşınar əmlakla bağlı reyestrə tələb aşağıdır-Mərkəzi Bank açıqlayıb
- Elnur Əliyev: Azərbaycanın TDT-yə üzv dövlətlər ilə ticarət dövriyyəsi 6,3 milyard dollar təşkil edir
- Manatın nominal dəyəri qeyri-neft sektorunda daha çox güclənib- SON GÖSTƏRİCİLƏR
- Bu gün Azərbaycanda matəmdir
- Son 6 ildə MİDA-nın 3360-dan çox mənzili İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə satılıb
- İndiyədək ümumilikdə 4,5 milyard manat ipoteka krediti verilib
- İpoteka və Kredit Zəmanət Fondu fəaliyyəti dövründə 136,1 milyon manat mənfəət əldə edib
- Sabah saat 12:00-da ölkə ərazisində 1 dəqiqəlik sükut olacaq