“PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin adı dəyişdirilərək “İnno Kapital İnvestisiya Şirkəti” olaraq yeniləndi. Bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən yayılıb.
“PSG-Kapital” 2012-ci ildə yaradılıb və şirkətin nizamnamə kapitalı 6,25 milyon manat təşkil edir. İnvestisiya şirkətinin səhmdarı tamamilə Faiq Məmmədovdur, o, şirkətin 100% səhmlərinə sahibdir.