Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar-sentyabr aylarını əhatə edən “Pul Siyasəti İcmalı”nda məlumat verilib ki, banklar həm sterilizasiya, həm də likvidliyin verilməsi yönümlü daimi imkan alətlərindən istifadə ediblər.
GDP xəbər verir ki,məlumata görə, yanvar-sentyabr ayları ərzində banklar tərəfindən iş günlərinin 100%-də bir gecəlik depozit daimi imkan alətinə, 11%-də isə bir gecəlik əks-repo alətinə müraciət olunmuşdur.
Onu da qeyd edək ki, əməliyyat çərçivəsinin təkmilləşdirilməsi ilə əlaqədar cari ilin fevral ayından etibarən bir günlük daimi imkan depozit və əks-repo əməliyyatlarının müddəti 24 saatdan bir gecəliyə keçirilib

