503 xarici şirkət Qarabağda biznes açmaq üçün müraciət edib.
GDP xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda İqtİsadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, Qarabağ bölgəsində biznes açmaq istəyən 503 xarici şirkət müraciət edib, müraciətlərin ümumi sayı 1900-ü ötür.