Qatar Gas 26 milyard dollarlıq obyektdə 20 milyard dollar zərər etdiyini açıqlayıb
GDP xəbər verir ki, Qatar Gas-ın baş direktoru “İki il əvvəl 26 milyard dollara tikilən obyektdə 20 milyard dollar zərər etmişik” deyə bildirib.
O qeyd edib ki, üç-beş il ərzində ölkə ildə 12,8 milyon ton SPG (ixracın 17%-i) itirəcək. İtaliya, Belçika, Koreya və Çinə tədarüklər üzrə fors-major elan oluna bilər.
Kondensat ixracı 24%, maye qaz 13%, neft və kükürd 6%, helium 14% azalacaq. İstehsalın bərpası üçün hərbi əməliyyatların dayandırılması tələb olunur.

