Qazaxıstan neft ixracını diversifikasiya etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə daşınan neftin həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
GDP xəbər verir ki,beynəlxalq agentliklərin məlumatına görə, dekabr ayında BTC üzrə tədarük 30 faiz artırılacaq.
Bu qərar, Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində zədələnən Novorossiyskdəki Qara dəniz Terminal Kompleksinə (KTK) alternativ yolların axtarılması ilə bağlıdır. Həmin hücum terminaldakı yan alma qurğusuna ziyan vurmuş, nəticədə KTK-nın işi müvəqqəti dayandırılmışdı.
Hal-hazırda KTK-da yükləmə əməliyyatları bərpa olunsa da, yalnız bir işlək pier istifadə olunur, bu da terminalın adi gücünə nisbətən məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərməsi deməkdir.
Bu fonda Qazaxıstan, əsas neft ixrac marşrutlarından birinin məhdudlaşdığı şəraitdə, BTC kimi alternativ tranzit yolunun rolunu gücləndirir. BTC boru kəməri Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək nefti Aralıq dənizinin Ceyhan terminalına çatdırır və bu da Qazaxıstan neftinin beynəlxalq bazarlara çıxışını təmin edir.

