Şirkətin baş direktoru Timur Batırımbetov bildirib ki, Qazaxıstanın Aktobe neft emalı zavodu SOCAR ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
Onun sözlərinə görə, zavod artıq Kulevi və Batumi limanlarını aktiv şəkildə mazutla təmin edir və burada SOCAR-ın infrastrukturundan istifadə edən treyderlərlə işləyir.
“Hazırda Azərbaycan şirkətləri, o cümlədən SOCAR-ın bölmələri ilə əməkdaşlığı genişləndirmək üçün danışıqlar aparılır.
(c) Trend