Bazar ertəsi günü Comex birjasında qiymətli metalların qiymətləri yüksəlib.
GDP xəbər verir ki, aprel fyuçersləri üzrə qızılın qiyməti 1,7% artaraq unsiyası 4569 dollar təşkil edib. Gümüş 2,5% bahalaşaraq 71,56 dollar, platin isə 2,4% yüksələrək 1933 dollar olub. Qiymət artımı ötən həftənin sonunda müşahidə olunan bərpa prosesinin davamıdır.
—

