Ötən cümə günü ilk dəfə bir unsiya üçün 2500 dolları keçən qızılın qiyməti bazar ertəsi ticarətdə həmin qiymətdən baha ticarət olunur.
Qiymətli metalın qiyməti Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, bir unsiya üçün 2502,2 dollar təşkil edir.
Cümə günü qızıl ABŞ-ın zəif iqtisadi göstəriciləri fonunda yeni rekord həddə çatdı və bu, treyderlərin Federal Ehtiyat Sisteminin sentyabrda faizləri azaltmağa başlayacağına inamını artırdı. Bəzi ekspertlər FED-in uçot dərəcəsini 25 baza bəndi yox, birdən-birə 50 baza bəndi aşağı salacağını istisna etmirlər.