Macquarie Group, 2025-ci ildə qızılın qiymətində artım üçün ciddi əsaslar olduğunu bildirir. Şirkətin strateqlərinin fikrincə, ABŞ-da faiz dərəcələrinin azalması və dünya mərkəzi banklarının qızıl alışlarını davam etdirməsi bu artımı dəstəkləyən əsas amillərdir. Bundan əlavə, qızıl ETF-lərindəki ehtiyatların hazırda aşağı səviyyədə olması da qiymətlərin yüksəlməsinə əlavə stimul yaradır.
Ekspertlər hesab edir ki, Çində qızıla olan tələbin artması və ya Donald Trampın siyasətinin ABŞ-ın büdcə vəziyyətinə mənfi təsiri halında qiymətlər sürətlə yüksələ və hətta 3000 ABŞ dolları səviyyəsinə çata bilər.
Bununla belə, 2025-ci ilin ilk rübünün qızıl bazarı üçün çətin keçəcəyi gözlənilir. Çünki dolların güclənməsi qiymətlərə təzyiq göstərə bilər. Macquarie, bu səbəbdən, birinci rübdə qızılın orta qiymətinin $2650 olacağını proqnozlaşdırır ki, bu da hazırkı səviyyəyə yaxındır.
Şirkət ikinci rübdən etibarən qızılın möhkəmlənəcəyini gözləyir və bu dövr üçün orta qiymətin 2800 ABŞ dolları olacağını təxmin edir.