Qızılın qiyməti cümə günü mülayim şəkildə yüksəlir və 4 min ABŞ dollar psixoloji əhəmiyyət kəsb edən səviyyəni keçib.
GDP xəbər verir ki, Comex birjasında dekabr ayı qızıl fyuçerslərinin qiyməti təxminən 0,3% artaraq bir unsiya üçün 4004,1-ə ABŞ dollarına çatıb.
Ötən gün yayımlanan Challenger, Gray & Christmas işə qəbul şirkətinin məlumatlarına görə, ABŞ şirkətləri oktyabr ayında 153,074 min iş yerinin ixtisar edildiyini açıqlayıb — bu, 2008-ci ildən bəri ən yüksək göstəricidir və oktyabr ayı üçün isə 2003-cü ildən bəri ən yüksəkdir.
İş bazarındakı zəif məlumatlar, Federal Ehtiyat Sistemi (FES) tərəfindən dekabr iclasında əsas faiz dərəcəsinin azaldılması ehtimalını artırır. Hazırda bazar bu ehtimalı təxminən 67% qiymətləndirir.

