Qızılın qiyməti bir unsiyası üçün 4000 ABŞ dolları həddinin altına enərək, onilliyin ən aşağı dinamikasını nümayiş etdirib.
GDP xəbər verir ki, bunun əsas səbəbi ABŞ və Çin arasında ticarət müqaviləsində irəliləyiş qeydə alınması və fond bazarının güclənməsidir.
Qızılın qiyməti keçən həftə 4380 ABŞ dolları ilə rekord səviyyəyə qalxsa da, həddindən artıq alınmış vəziyyət və ticarət danışıqlarındakı irəliləyiş səbəbilə gerilədi. Citigroup təhlilçiləri yaxın aylarda qiymətin 3800 ABŞ dolları səviyyəsinə qədər enəcəyini proqnozlaşdırır.
Mərkəzi bankların tələbinin zəifləməsi də qiymətin aşağı düşməsində mühüm amil olub. Ekspertlər qeyd edir ki, hətta 3500 ABŞ dolları səviyyəsi belə qızıl üçün tarixi baxımdan yüksək qiymət olaraq qalır.

