Qızılın qiyməti kəskin ucuzlasıb.
GDP xəbər verir ki, bəzi analitiklər bu həftənin əvvəlində tarixi maksimuma çatdıqdan sonra məntiqi bir geri çəkilməni mümkün hesab edirlər.
Comex birjasında avqust qızıl fyuçerslərinin kotirovkaları cümə günü hərracda 2,1% azalaraq unsiyası 2405,6 dollara düşüb.
Qızılın ucuzlaşması kəskin görünsə də, bu, əsasən Qərb investorlarının fərziyyələri ilə idarə olunan bazar üçün olduqca tipik bir davranışdır. eksperlər hesab eder ki, Şanxayda güclü qiymət endirimləri başlayıb və bu, bəlkə də dünyada, xüsusən də bir nömrəli qiymətli metalın istehlakçısı olan Çində zərgərlik və pərakəndə investisiyalara tələbin azalma dinamikasının artması ilə bağlı narahatlığı göstərir. Bununla yanaşı qızılın qiymətindəki azalma, istiqraz və səhm bazarlarındakı oxşar dinamika ilə yanaşı bu, FED-in faiz endiriminin gözləntilərinin qısamüddətli perspektivdə müşahidə edilən nəticələrdir..