Beynəlxalq maliyyə qurumları ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcək faiz siyasəti ilə bağlı gözləntilərini yenidən dəyərləndirib.
GDP xəbər verir ki, J.P. Morgan artıq 2026-cı ildə faiz endirimi gözləmədiyini açıqlayaraq, FED-in növbəti addımının 2027-ci ilin üçüncü rübündə 25 əsas faiz bəndi (0,25%) həcmində faiz artımı olacağını proqnozlaşdırır.
Eyni zamanda, Barclays və Goldman Sachs da Morgan Stanley-ə qoşularaq, ABŞ-da əmək bazarının gözləniləndən daha dayanıqlı olduğunu göstərən son məlumatlara əsasən, faiz endirimi ilə bağlı proqnozlarını 2026-cı ilin ortalarına qədər təxirə saldıqlarını bildiriblər.
Bununla yanaşı, Avstraliyanın Macquarie qrupu əvvəlki mövqeyini qoruyaraq, FED-in 2026-cı ilin dekabr rübündə faiz dərəcələrini artıra biləcəyini istisna etmir.

