Dünya enerji bazarında neft tədarükündə tarixdə ən böyük itkilərdən birinin yaşandığı bildirilir.
GDP xəbər verir ki, əlumatlara görə, mövcud tədarük azalması miqyası 1973-cü ildə baş vermiş ərəb neft embarqosu dövründəki göstəricidən təxminən üç dəfə çox qiymətləndirilir.
Xüsusilə Asiya bazarında aviasiya yanacağı ilə bağlı ciddi çatışmazlıq müşahidə olunur və bu, qiymətlərin sürətlə artmasına səbəb olub. Belə ki, Asian Jet markalı aviasiya yanacağının qiyməti pik nöqtədə bir barel üçün 225 dollara, Singapore Jet Fuel isə 221 dollara qədər yüksəlib. Bu göstəricilər neft məhsulları üzrə tarixdə qeydə alınan ən yüksək qiymətlər hesab olunur.
Eyni zamanda, Şanxay bazarında neftin qiyməti 98,5 dollar səviyyəsində formalaşıb.

