Microsoft qlobal nasazlığın təxminən 8,5 milyon Windows cihazına təsir etdiyini açıqlayıb.
GDP xəbər verir ki, ancaq bunun ümumi sayın 1% – dən az olması korporasiyada narahatlığı azaldıb. Müştərilərlə birbaşa işləyən yüzlərlə Microsoft mühəndisi və mütəxəssisi səhv yeniləmənin nəticələrini aradan qaldırmağa davam edir. Şirkət qeyd edir ki, hadisə “geniş ekosistem” in – bulud xidmətləri, proqram platformaları, təhlükəsizlik və digər proqram təminatçılarının, eləcə də müştərilərin bir-biri ilə əlaqəli xarakterini göstərdi.