“İmarət” yaşayış kompleksi Ağdamda Qarabağı Dirçəliş Fondunun maliyyə dəstəyi ilə tikiləcək.
GDP xəbər verir ki, bunu ” Qarabağ Dirçəliş Fondu”nun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.
O bildirib: “”Qarabağın rəngləri” layihəsi çərçivəsində 22 əsərin satışı nəticəsində Qarabağın Dirçəliş Fonduna 85 min manata yaxın ianə daxil olub. Bu vəsait Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağı Dirçəliş Fondunun maliyyə dəstəyi ilə Ağdam rayonunda inşa olunacaq “İmarət” yaşayış kompleksinin tikintisinə sərf olunacaq”