ABB-nin fiziki şəxs səhmdarlarının sayı 1794 nəfərdən 35 min 105 nəfərə qədər artıb.
Bunu ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov ABB səhmlərinin yerləşdirlməsinin yekunlarına dair mətbuat konfrasında deyib.
O bildirib: “3 aylıq proses ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. Belə ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub.”
Abbas İbarhimovun sözlərinə görə, beləliklə, ABB-nin fiziki şəxs səhmdarlarının sayı 1794 nəfərdən 35 104 nəfərə qədər artıb.