Beynəlxalq reytinqimiz bu il də yüksəldi. Moody’s Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq yerli və xarici valyutada uzunmüddətli depozit reytinqimizi Ba3 səviyyəsindən Ba2 səviyyəsinə qədər artırıb.
GDP xəbər verir ki,bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Moody’s Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqləri ilə bağlı qərarı barədə deyib.
Abbas İbrahimov qeyd edib ki,reytinq proqnozumuz isə yenə də “Pozitiv” səviyyəsindədir. “Bankımızın aktivlərinin artan keyfiyyəti, yüksək mənfəətliliyi, güclü kapital mövqeyi, likvidliyi, risklərinin məhdudluğu və digər bu kimi müsbət amillər son illər beynəlxalq reytinqlərimizin yüksəlişində də özünü göstərir.Uğurlarımızda payı olan hər kəsə təşəkkürlər”