Close Menu
    What's Hot

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026
    Trending
    • AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026
      Recent

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib
    Bank

    Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib

    12 Mart 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ®6 mart 2026-cı il tarixində Rabitəbank tərəfindən Xankəndi şəhərində “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil olunub. Forumun əsas məqsədi sahibkarların və vətəndaşların maliyyə savadlılığının artırılması, bank xidmətləri və maliyyə alətlərinə çıxış imkanları barədə məlumatlandırılması, eləcə də regionda iqtisadi aktivliyin və sahibkarlığın inkişafına dəstək göstərilməsi olub.

    Tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar, iş adamları və müxtəlif sahələri təmsil edən nümayəndələr iştirak ediblər.

    Forum çərçivəsində Rabitəbankın Müşahidə Şurasının üzvü, Korporativ İdarəetmə Komitəsinin sədri Rəhman Əliyev çıxış edərək Rabitəbankın fəaliyyəti, inkişaf strategiyası və ölkə iqtisadiyyatına verdiyi töhfələr barədə geniş təqdimat edib. O bildirib ki, Rabitəbank uzun illərdir ölkədə maliyyə inklüzivliyinin artırılması, sahibkarlığın inkişafı və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirir.

    Forum zamanı Rabitəbankın müxtəlif istiqamətlər üzrə təqdim etdiyi bank məhsulları və maliyyə alətləri iştirakçıların diqqətinə çatdırılıb.

    Daha sonra Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Xidmət şöbəsinin rəisi Orxan Ahənçi də çıxış edib. O, maliyyə savadlılığının sahibkarlıq fəaliyyətinin səmərəli təşkili, vergi öhdəliklərinin düzgün icrası və şəffaf biznes mühitinin formalaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Çıxış zamanı sahibkarlıq subyektləri üçün mövcud vergi mexanizmləri, dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri və biznes fəaliyyətində maliyyə intizamının əhəmiyyəti barədə fikirlərini iştirakçılarla bölüşüb.

    Tədbir çərçivəsində eyni zamanda bankın biznes bankçılığı istiqaməti üzrə təqdim olunan xidmətlər barədə də iştirakçılara məlumat verilib. Çıxış zamanı İslam bankçılığı prinsipləri, beynəlxalq və yerli fondlar hesabına təqdim edilən kreditlər, sahibkarlığın inkişafına yönəlmiş maliyyə proqramları, “Güc xanımlarda” layihəsi və ticarət zəncirinin maliyyələşdirilməsi məhsulları haqqında da məlumat təqdim olunub.

    Təqdimatlar zamanı debit və kredit kartları, taksit kartları, əmanət və yığım məhsulları, sığorta xidmətləri, nağd pul kreditləri, lombard kreditləri və ipoteka kreditləri haqqında məlumat verilib. Bununla yanaşı, kredit tarixçəsi və BNG əmsalının kredit qərarlarına təsiri ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.

    Forum çərçivəsində mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi istiqamətində təqdim olunan kredit məhsulları haqqında da məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb, sahibkarlar üçün maliyyə imkanları və bank xidmətlərinə çıxış mexanizmləri barədə geniş müzakirələr aparılıb.

    Qeyd edək ki, tədbirə Qarabağ Təlim Mərkəzi ev sahibliyi edib. Mərkəzin təsisçisi və direktoru Aytən Məmmədova çıxış edərək belə təşəbbüslərin regionda sahibkarlığın inkişafı və maliyyə savadlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, maarifləndirici tədbirlər sahibkarların maliyyə alətləri və müasir bank xidmətləri barədə məlumatlılığının artırılmasına, eyni zamanda biznes mühitinin daha da inkişafına töhfə verir.

    Daha sonra Qarabağ Təlim Mərkəzinin təşkilatçılığı və Rabitəbankın tərəfdaşlığı ilə Xankəndi şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qarabağda regional xanımların gücü” adlı sərgi təşkil olunub. Tədbirdə ölkənin 20-yə yaxın müxtəlif regionundan olan xanım sahibkarlar iştirak edib. Sərginin keçirilməsində əsas məqsəd regionlarda fəaliyyət göstərən qadın sahibkarlara dəstək olmaq, onların məhsul və xidmətlərini Qarabağda tanıtmaq, eyni zamanda azad edilmiş ərazilərdə yeni biznes imkanlarının formalaşmasını təşviq etmək olub.

    Xüsusilə vurğulamaq lazımdır ki, Rabitəbank ölkədə maliyyə savadlılığının artırılması, sahibkarlığın inkişafı və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində müxtəlif maarifləndirici təşəbbüslər və layihələr həyata keçirməyə davam edir.

    Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

    presscover 18

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

    06 Avqust 2026

    BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

    05 Avqust 2026

    Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

    05 Avqust 2026

    Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

    05 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.