Rafiq Şahverdiyev “Dreamland Bakı” şirkətində Qrup Baş İcraçı Direktor (CEO) vəzifəsinə təyin olunub.
GDP xəbər verir ki, o, bu barədə məlumatı öz sosial şəbəkə hesabında bölüşüb.
Qeyd edək ki, Rafiq Şahverdiyev əvvəllər “Azərsun Holdinq”də Aparatın rəhbəri və həmçinin holdinqə daxil olan “Azərbaycan Sənaye Sığorta” Şirkətində Direktorlar Şurasının sədri vəzifələrində çalışır. Həmçinin “Qarabağ” FK-nın İdarə Heyətinin üzvüdür.

