2024-cü ilin 1-ci yarısında (yanvar-iyul) Bank “BTB” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib. Bankın səhmdarları 3 fiziki şəxsdir.
GDP xəbər verir ki, bankda ən böyük paya malik səhmdar olan Mehdiyeva Nigar İsmayıl qızının payı daha da artıb.
Belə ki, 2023-cü ilin sonunda Mehdiyevanın payı 74,99% ikən, 30 iyun 2024-cü il tarixində 76,74% təşkil edib.
Sadiq Rza İsmayıl oğlunun payı isə 19,01%-dən 17,68%-ə, Mahmudova Tükazban Ağa qızının payı isə 6%-dən 5,58%-ə düşüb.
2024-cü ilin yazında Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılaraq 66 milyon 450 min manatdan 71 milyon 450 min manata yüksəldilib.
Qeyd: Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Onun qardaşı Rza Sadiq də bank səhmlərinin 17,68%-nə sahibdir.
Mənbə: Marja