Reuters agentliyi bildirir ki, neftin qiyməti yenidən bir barel üçün 100 dollara çata bilər: “Sabah broker şirkətləri ticarətə başlayacaq, neft 100 dollara yüksələcək və bu, yalnız başlanğıcdır.”
GDP xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti Dubay və Əbu-Dabi birjalarında ticarətin dayandırıldığını açıqlayıb. Bazar ertəsi və çərşənbə axşamı günləri hərraclar keçirilməyəcək.
Bloomberg-in məlumatına görə, Yaxın Şərqdə baş verən yeni münaqişə fonunda Misir və Səudiyyə Ərəbistanı bazarlarında eniş müşahidə olunub. Səudiyyə Ərəbistanının əsas indeksi olan Tadawul 2,2 faiz, Misir indeksi isə 2,5 faiz azalıb. Küveyt birjası isə ehtiyat tədbiri olaraq ticarəti müvəqqəti dayandırıb.
Regionun infrastrukturunda da problemlər yaranmağa başlayıb. Mayeləşdirilmiş təbii qazın (LNG) ən böyük alıcısı olan Yaponiyanın Jera şirkəti əməkdaşlarını regiondan geri çağırır. DP World şirkəti isə Dubaydakı əsas limanının fəaliyyətini dayandırıb.

