Rusiyanın onlayn pərakəndə satışı ilə məşğul olan “Ozon” Azərbaycanda satışlara başlayıb və MDB-də biznesini inkişaf etdirən altıncı ölkə olub.
GDP xəbər verir ki, bu barədə TASS məlumat yayımlayıb.
Bildilir ki,artıq Azərbaycan sakinləri platformada müxtəlif kateqoriyalı 30 milyondan çox məhsul arasından seçim edə bilərlər. Hələlik alışları tərəfdaşların qəbul məntəqələrində qəbul etmək olar, lakin gələcəkdə çeşidin 10 dəfə genişləndirilməsi və logistik infrastrukturun, o cümlədən anbar komplekslərinin və sifarişlərin qəbulu məntəqələri şəbəkəsinin inkişafı planlaşdırılır.
Şirkət həmçinin yerli sahibkarları cəlb etməyi və Azərbaycandan Rusiya və digər MDB ölkələrinə mal axını yaratmağı planlaşdırır. “Ozon”un MDB-də əməliyyatlar üzrə direktoru Aleksey Sapon Azərbaycanda elektron ticarətin sürətlə inkişaf etdiyini və regionda platformanın uğurlu inkişafına inamı qeyd edib.