“Bu gün Bakı Fond Birjası (BFB) Dünya Birjalar Federasiyasının (DBF) Baş Assambleyasının təsdiqindən sonra rəsmi şəkildə DBF-nin Tam Hüquqlu Üzvü kimi qəbul edilmişdir.
DBF-nin Baş Assambleyasında BFB-ni təmsil etmək və təqdim etmək fürsəti mənim üçün bir şərf idi. Bu nailiyyət BFB komandasının doqquz aylıq məqsədyönlü çalışmasının təntənəsi nəticəsidir. Bu müddət ərzində biz tam üzvlük meyarlarına uyğunluğu uğurla təmin etdik və son səsverməyə qədər aparan sərt due diligence prosesini tamamladıq.
DBF-də tam üzvlük BFB-ə eksklüziv bazar məlumat və kəşfiyyatına çıxış əldə etməyə, qlobal siyasət və tənzimləmə müzakirələrində iştirak etməyə və dünyanın aparıcı birja və klirinx şirkətləri ilə peşəkar əməkdaşlığı gücləndirməyə imkan verəcək.
Bu, təkcə BFB üçün yox, həm də Azərbaycanın kapital bazarının inkişafı üçün fəxarət anıdır. Buna töhvə verən hər kəsə minnətdaram.”