Çalışırıq listinqin digər seqmentlərinin şərtlərini elə edək ki,hətta listinqin minimal qaydalarını ödəməyən şirkət həvəslənsin gəlsin.
Bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov GDP-yə açıqlamasında deyib.
O bildirib: “Daha çox dayanıqlıq baxımdan listinqə zəif şirkət düşməli deyil. Listinqə düşən şirkət minimal standartlara cavab verməlidir.”
Ruslan Xəlilov əlavə edib, eyni zamanda çalışırıq listinqin digər seqmentlərinin şərtlərini elə edək ki, hətta listinqin minimal qaydalarını ödəməyən şirkət həvəslənsin gəlsin. “Digər seqmentdə təcrübə toplayaraq,qaydalara alınaraq özünü yetişdirib listinqin yüksək seqmentinə çıxa bilsin.Bizim listinq qaydalarına yenidən baxılması ilə bağlı yanaşmamız bu yöndəndir”,-deyə BFB rəhbəri qeyd edib.