Səudiyyə Ərəbistanı, Asiya bazarlarında Rusiya neftini sıxışdırmaq məqsədilə Hindistan və Çinə neftin qiymətini azaldıb.
GDP xəbər verir ki, dekabr ayında, Səudiyyə neftinin əsas növləri olan Arab Light, Arab Extra Light, Arab Medium və Arab Heavy’nin qiymətləri 1,2–1,4 dollar arasında endirilib.
Bu addım, OPEC+ ölkələrinin hasilatını artırması və dünya neft bazarında tələbin azalacağına dair gözləntilərlə əlaqəlidir. Hindistan və Çin neft emalı zavodları artıq Səudiyyə Ərəbistanının daha ucuz neftinə tələbatı artırıb, bu da Rusiya təchizatını azaldır.
Qiymət endirimləri, Səudiyyə Ərəbistanının “qara qızıl”ını Asiya bazarında daha cəlbedici hala gətirir. Bunun nəticəsində, Rusiya neftinin ixracına ciddi təzyiq yaradılır və bu, ölkənin qərb sanksiyalarına qarşı mübarizəsini daha da çətinləşdirir.

