“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda inflyasiyaya uyğunlaşdırılmış mənzil qiymətlərində 2024-cü il üçün 5.3% artım proqnozlaşdırır.
GDP xəbər verir ki, Agentliyin hesabatına əsasən, 2022-ci ildə ölkədə mənzil qiymətlərində 5.3% azalma qeydə alınıb, 2023-cü ildə isə bu azalma 0.9% təşkil edib. Lakin 2024-cü ildən etibarən mənzil bazarında canlanma gözlənilir. Proqnozlara görə, 2025-ci ildə qiymət artımı 3.8%, 2026-cı ildə isə 3.4% olacaq.
Müqayisə üçün qeyd edək ki, qonşu Ermənistanda mənzil qiymətlərinin artım tempi daha yüksəkdir. Belə ki, 2024-cü ildə 14.2%, 2025-ci ildə 9.5%, 2026-cı ildə isə 6.4% artım proqnozlaşdırılır.
Ekspertlər bildirirlər ki, Azərbaycanda mənzil qiymətlərində gözlənilən artım iqtisadi aktivliyin bərpası və əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi ilə əlaqədardır.