Azərbaycanda özəl sektorun borcu artmaqda davam edəcək
GDP xəbər verir ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən, Azərbaycanın özəl sektorunun bank kreditləri və digər maliyyə öhdəlikləri 2024-cü ildə 3.1% artacaq.
Agentlik tərəfindən bu artımın 2025-ci ildə 3.3%, 2026-cı ildə isə 2.5% təşkil edəcəyi proqnozlaşdırılır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə özəl sektorun ÜDM-ə nisbətdə borc yükü də artaraq 2024-cü ildə 22.6%-ə çatacaq. agentlik proqnozlaşdırır ki, bu göstərici 2025-ci ildə 25.9%, 2026-cı ildə isə 28.5% təşkil edəcək.
Analitik qeyd: Özəl sektorun bank və digər maliyyə öhdəliklərinin artması biznes kreditləşməsinin genişlənməsi və iqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədardır. Bu göstərici eyni zamanda bank sektorunun özəl sektora olan etimadının artdığını göstərir.
Qeyd edək ki, 2023-cü ildə özəl sektorun borc artımı 4.4% təşkil edib.