Sabah Münxendə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında görüş keçiriləcək. ABŞ Prezidenti Donald Trampın verdiyi məlumata görə, bu görüşün detallarına dair hələ dəqiq məlumat yoxdur, lakin “yüksək rütbəli şəxslərin” mütləq iştirak edəcəyi bildirilir.
GDP xəbər verir ki, görüş, 14 fevralda Münxendə başlayacaq illik təhlükəsizlik konfransının çərçivəsində baş tutacaq. Qeyd edək ki, Rusiya 2022-ci ildən bu konfransda iştirak etmir.
Almaniya hakimiyyəti də Ukrayna münaqişəsi üzrə sülh danışıqlarını təsdiq edib. Kansler Olaf Şolts, ABŞ və Rusiyanın bu prosesin başlanğıcını qoyduqlarını bildirib. O, əlavə edib ki, fəaliyyətsizlik ölkələrin və bütövlükdə qitənin təhlükəsizliyinə təhdid yaradacaq: “Bu təhlükəni qəbul edə bilmərik. Mən buna yol verməyəcəyəm”, – Şolts vurğulayıb.
Görüşün və sülh danışıqlarının uğurlu olması, münaqişənin həlli istiqamətində müsbət irəliləyişlərə səbəb ola bilər.