2024-cü ildə sabitkoinlərlə həyata keçirilən əməliyyatların həcmi 27,6 trilyon ABŞ dolları təşkil edərək, Visa və Mastercard sistemlərinin ümumi əməliyyat həcmini 7,7% üstələyib.
GDP xəbər verir ki, indi bunlar yalnız pərakəndə investorlar tərəfindən deyil, həm də bir çox şirkətlər tərəfindən istifadə olunur.
Sabitkoinlərlə gündəlik ticarət həcmi 2024-cü ildə 237% artıb. Orta hesabla USDT-nin sabitkoinlərlə ticarət həcminin 79,7%-i təşkil edib.
2024-cü ildə sabitkoinlərin təklifi 59% artıb və dollar təklifinin 1%-nə çatıb.