2024-cü ilin birinci yarısında Dubay 9.31 milyon beynalxalq turisti qəbul edib.
GDP xəbər verir ki, Dubayın dövlət Turizm Agentliyinin regional direktoru Şahab Şayan deyib.
O bildirib ki, Dubay 2024-cü ilin yanvar-iyun ayları arasında 9,31 milyon yaxın beynəlxalq ziyarətçi qəbul edib ki, bu da 2023-cü ilin birinci yarısında gələn 8,55 milyon turistdən 9% daha çox turist deməkdir.
Şahab Şayan əlavə edib ki, “D33″ proqramına 2033-cü ilə qədər ölkədə davamlı iqtisadi böyüməni və ÜDM-in ikiqat artmasını təmin edən bir sıra yenilikçi layihələr daxildir. ” Nəticədə Dubai dünyanın daha çox təhlükəsiz, daha dinamik inkişaf edən və daha böyük nəqliyyat mərkəzinə çevriləcək. D33-ün əsas məqsədi davamlı iqtisadi inkişaf üçün innovativ layihələrə başlamaq, 2033-cü ilə qədər olan onillikdə ÜDM-i iki dəfə artırmaq, Dubayı dünyanın ən sürətli və ən təhlükəsiz şəhəri kimi formalaşdırmaq məqsədi daşıyır”,-deyə Dubay Dövlət Turizm Agentliyinin rəsmisi qeyd edib.