2024-cü ilin yeddi ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 3252 layihənin maliyyələşdirilməsinə 119 milyon manat güzəştli kredit verilib.
GDP xəbər verir ki, bu ilin yeddi ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitəbank” ASC (Rabitabank OJSC), “AccessBank” QSC (Azərbaycan), “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib.
Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “AccessBank” QSC”, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) və “Yelo Bank” ASC daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.
Trending
- Abbas İbrahimov: ABB səhmdarlarına 200 milyon manat divident ödəniləcək
- OPEC+-in qərarı neft qiymətlərinin eniş təhlükəsini artırır
- FED faiz qərarı verdi -Powell-dən təsirli açıqlamalar
- FED-in % qərarından sonra ABŞ indeksləri
- Azərbaycanda agent bankçılıq niyə inkişaf etmir?-Tamerlan Rüstəmov açıqlayır
- Adidas, Bayer və digər böyük şirkətlər Nasist rejiminə yardım etdiklərini etiraf edir
- Tramp və Amerika biznes liderləri Ər-Riyada toplaşır: 600 milyard dollarlıq müqavilə gözlənilir
- Asiya ölkələri kütləvi şəkildə dollar satmağa başlaya bilər-ABŞ valyutasının gələcəyi və yeni iqtisadi risklər