Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun rəhbərliyi altında Braziliyanın Receita Federal gömrük qurumu ilə Azərbaycanın DGK-si arasında hökumətlərarası gömrük əməkdaşlığı sazişi imzlanıb.
GDP xəbər verir ki, iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş BMT-nin Konfransı (COP30) tədbiri çərçivəsində Braziliyanın Manaus şəhərində “Yaşıl Gömrük: İnnovasiya və Davamlılıq” mövzusu müzakirə edildi. Tədbirdə Azərbaycanın Dövlət Gömrük Komitəsinin (DGK) iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsindəki pioner rolu xüsusi vurğulanıb.
Dünya Gömrük Təşkilatının (DGT) nümayəndəsi və Braziliyanın Federal Gəlirlər İdarəsinin gömrük üzrə rəsmiləri qeyd edib ki, COP-ların tarixində iqlim dəyişikliyi məsələlərinə həsr olunmuş ilk gömrük təşəbbüsü Azərbaycan tərəfindən 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı təşkil edilib. Bu, Azərbaycan gömrük xidmətinin qlobal davamlılıq uğrunda aparıcı mövqeyini təsdiq edən mühüm amil kimi qiymətləndirilib.
Tədbir çərçivəsində Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun rəhbərliyi altında Braziliyanın Receita Federal gömrük qurumu ilə Azərbaycanın DGK-si arasında hökumətlərarası gömrük əməkdaşlığı sazişi imzlanıb. Bu saziş, hər iki ölkə arasında ticarətin asanlaşdırılması və gömrük sahəsində qarşılıqlı tərəfdaşlıq üçün yeni imkanlar yaradır.
Bu saziş və beynəlxalq təşkilatlar tərəfindən edilən yüksək qiymətləndirmə, Azərbaycanın “yaşıl gömrük” siyasəti və beynəlxalq iqlim gündəminə aktiv təsirinin növbəti sübutudur. Gözlənilir ki, bu istiqamətdəki iş COP31-də də davam etdiriləcək.

