Biz mövcud vergi qanunvericiliyini ekoloji vergitutma tələblərinə və bu istiqamətdə olan vergi yükünə uyğunlaşdırmağa hazırıq.
GDP xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Xidmətin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda deyib.
DVX-nın rəsi müavini qeyd edib ki, bu iki günlük forum nəticəsində biz belə bir qənaətə gəldik ki, bizim karbon qiymətqoyma ilə bağlı müəyyən qaydalarımız var amma onlar hələ aktiv şəkildə tətbiq olunmur.
Samirə Musayevanın sözlərinə görə, həmin qaydaları dəyişməyə ehtiyac var.”Biz mövcud vergi qanunvericiliyini ekoloji vergitutma tələblərinə və bu istiqamətdə olan vergi yükünə uyğunlaşdırmağa hazırıq”-,deyə rəis müavini vurğulayıb.