2025-ci ilin ilk 6 ayında Azərbaycanın tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyindən təsirlənib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.
Onun sözlərinə görə, hesabat dövründə cari əməliyyatlar balansında 2.3 milyard ABŞ dolları həcmində profisit formalaşıb ki, bu da ÜDM-in 6.3 faizinə bərabərdir. Nəsirov bildirib ki, bu göstərici ölkənin makroiqtisadi sabitliyi baxımından müsbət hal kimi qiymətləndirilir.