“Xarici ticarət balansında 2.7 milyard dollarlıq profisit təkrar gəlirlər balansında isə 180 milyon dollar profsit formalaşıb.”
GDP xəbər verir ki, bunu “Tədiyə balansının açıqlamasına dair brifinq”də Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentinin rəhbəri Samir Nəsirov deyib.
O bildirib: “2024-cü ilin birinci rübündə Azərbaycanın Cari Əməliyyatlar Balansının profisiti 1.7 milyard ABŞ dolları təşkil edib. Cari Əməliyyatlar balansı əsas 4 maddədən ibarətdir. Formalaşan 1.7 milyard dollarlıq profsit əsasən xarici ticarət balansında və təkarar gəlirlər balasındakı profsitdən təsirlənib.”
Samir Nəzirov qeyd edib: “Xarici ticarət balansında 2.7 milyard dollarlıq profisit təkrar gəlirlər balansında isə 180 milyon dollar profsit formalaşıb”