Əsas nəticələr:
- Saxta tokenlərlə hücumlar kriptovalyuta dələduzluğunun geniş yayılmış növüdür. Bu dələduzluq zamanı cinayətkarlar qanuni kriptovalyutalara bənzəyən dolandırıcı tokenlər yaradırlar və onlardan pul və ya məxfi istifadəçi məlumatlarını oğurlamaq məqsədilə istifadə edirlər.
- Bu tip hücumlar, adətən, dezinformasiya yaymaq məqsədilə «Telegram», «WhatsApp» və ya «WeChat» kimi əlaqə vasitələrindən istifadə edir. Daha geniş yayılmış taktika cari «satışqabağı qiymət»lə müqayisədə «listinq qiymət»in daha yüksək gələcəyi vədi ilə qurbanları cəlb edən tokenlərin «ilkin satışı»nın həyata keçirilməsidir.
- Əksər hallarda rəqəmsal aktivlərin itkilərini bərpa etmək mümkün olmur. «Binance» istifadəçiləri davamlı olaraq özlərini qorumağı öyrənməyə, sayıqlığı əldən verməməyə və geniş yayılmış təhlükələri anlamağa çağırır.
Saxta tokenlərlə hücum kriptovalyuta dələduzluğunun bir növüdür ki, bu vaxt cinayətkarlar qanuni kriptovalyutalara bənzəyən saxta və ya dolandırıcı tokenlər yaradırlar. Bu saxta tokenlər investorları və treyderləri aldatmaq, onları həqiqi aktivləri aldıqlarına və ya həmin aktivlərlə alqı-satqı etdiklərinə inandırmağa məcbur etmək məqsədilə nəzərdə tutulmuşdur ki, bu da çox vaxt maliyyə itkisi və ya şəxsi məlumatların oğurlanması kimi digər xoşagəlməz hallarla nəticələnir.