Sement sektorunda xalis sıfır emissiyaya nail olmaq məqsədilə Xalis Sıfır Yol Xəritəsinin hazırlanması istiqamətində mühüm addım atılıb.
GDP xəbər verir ki, Azərbaycan Sement İstehsalçıları Assosiasiyası ilə Avropa Sement Tədqiqatı Akademiyası (ECRA) arasında Anlaşma Memorandumu imzalanıb. ECRA-nın dəstəyi ilə hazırlanacaq yol xəritəsi, sement istehsalında karbon emissiyasının sıfıra endirilməsi üçün konkret addımları müəyyən edəcək.
Layihə çərçivəsində Qlobal Sement və Beton Assosiasiyasının təsdiq edilmiş metodologiyasından istifadə olunacaq. Bu, yol xəritəsinin beynəlxalq standartlara uyğunluğunu təmin edəcək.
Bu təşəbbüs sement sənayesinin ətraf mühitə təsirinin azaldılması və davamlı inkişaf məqsədlərinə nail olunması istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.