“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Şərq marşrutu üzrə dəmir yolu yükdaşımalarının həcmi 2030-cu ilədək 4,5 dəfə artaraq 5 milyon tona çata bilər.
GDP xəbər verir ki, Avrasiya İnkişaf Bankının məlumatına görə, 2023-cü ildə marşrut üzrə 1,6 milyon ton yük daşınıb.
Bunun 1,1 milyon tonu dəmir yolu ilə daşınır. Son 3 ildə yükdaşımalarda orta illik artım 52% təşkil edir.
Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan Respublikası bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.