SOCAR 15 yanvar 2025-ci il tarixindən “Yaşıl istiqraz”ların buraxılışına başlayır. 200 milyon ABŞ dolları həcmində buraxılacaq istiqrazların nominal dəyəri 1000 dollar, illik gəlirliyi 6% olacaq.
GDP xəbər verir ki, 5 illik müddətə buraxılan istiqrazların kupon ödənişləri rüblük həyata keçiriləcək.
İstiqrazlardan toplanan vəsait “SOCAR Green” MMC-nin bərpa olunan enerji layihələrinə yönəldiləcək. İstiqrazların anderrayteri “Paşa Kapital” İnvestisiya Şirkətidir. “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazları 28 fevral 2025-ci ilədək 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən və investisiya şirkətlərindən əldə etmək mümkündür.
Ətraflı məlumat üçün: 1999 (çağrı mərkəzi), socaristiqraz.az və socarcapital.az