SOCAR-ın 2023-cü ildə Petkim kompleksinin fəaliyyətinin optimallaşdırılmasına sərmayələri təqribən 100 milyon dollar təşkil edib.
GDP xəbər verir ki, SOCAR-ın 2023-cü ildə Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına yatırdığı investisiyalar 3,2 milyard türk lirəsi (indiki məzənnə ilə 99,2 milyon dollar) olub.
“Petkim Petrokimya Holding”in 2023-cü ildə fəaliyyətinin yekunlarına dair illik hesabatında verilən məlumatda bildirilir ki, 2022-ci ildə kompleksin inkişafına qoyulan investisiyaların 4 milyard 108 milyon türk lirəsi təşkil etdiyini nəzərə alsaq, ötən ilin yekunlarına görə onların həcmi 22,1% azalıb.
Hesabata görə, 2023-cü ildə “Petkim”in istehsal həcmi 2,3 milyon ton (artım 4,5%) təşkil edib. Hesabat dövründə holdinq 1,88 milyon ton neft-kimya məhsulları satıb (azalma 2,6%). “Petkim”in Türkiyə neft-kimya bazarındakı payı ötən il 12% təşkil edib. Kompleksin istehsal gücündən istifadə əmsalı 2022-ci ildəki 63,9 faizə qarşı 2023-cü ildə 66,1 faiz təşkil edib.
SOCAR Turkey Enerji (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) Petkim Petrokimya Holding neft-kimya kompleksində nəzarət səhm paketinin 51%-inin sahibidir.
Qeyd edək ki, SOCAR-ın “Petkim” kompleksinin inkişafına illik sərmayəsi təxminən 100 milyon dollardır.
Trending
- Azərbaycan investisiya şirkətlərinin dövriyyə həcminə və bazar payına görə renkinqi
- Bakı Fond Birjasından 250%-lik REPO rekordu, səhmlərin təkrar bazar üzrə dövriyyəsində 71.6%-lik azalma
- FED inflyasiya risklərindən narahatdır
- Bitcoin 94 min dollara qədər ucuzlaşdı
- Elon Mask:”Qız, sən artıq Kanadanın qubernatoru deyilsən, ona görə də nə dediyinin əhəmiyyəti yoxdur”.
- İcbari Sığorta Bürosunun Çağrı Mərkəzi yenilənib
- Bank sektorunda yenilik: Davranış modelləri ilə kreditləşmə
- Prezident Tramp ABŞ-da yeni süni intellekt məlumat mərkəzlərinin tikintisinə 20 milyard dollar investisiya edəcəyini elan edəcək.