Close Menu
    What's Hot

    Bayram günlərində işləyəcək banklar açıqlanıb

    19 Mart 2026

    Brent-in qiyməti Səudiyyə NEZ-inə hücum xəbərlərindən sonra 119 dolları keçib

    19 Mart 2026

    ABB səhmdarlara dividend ödəyəcək-bankın səhmləri bahalaşdı

    19 Mart 2026
    Trending
    • Bayram günlərində işləyəcək banklar açıqlanıb
    • Brent-in qiyməti Səudiyyə NEZ-inə hücum xəbərlərindən sonra 119 dolları keçib
    • ABB səhmdarlara dividend ödəyəcək-bankın səhmləri bahalaşdı
    • İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub
    • Rabitəbankda yeni təyinat: Natiq Novruzov idarə heyətinin sədrinin müavini təyin olunub
    • Rabitəbankda yeni təyinat: Samir Rzayev idarə heyətinin sədrinin müavini təyin olunub
    • Bazar Mənzərəsi: Qızıl geriləyib, neft yüksəldi, Asiya və Avropa arasında fərqli dinamika
    • ABŞ Mərkəzi Bankı faizləri sabit saxladı, inflyasiya proqnozu yüksəltdi
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Bayram günlərində işləyəcək banklar açıqlanıb

      19 Mart 2026
      Recent

      Bayram günlərində işləyəcək banklar açıqlanıb

      19 Mart 2026

      ABB səhmdarlara dividend ödəyəcək-bankın səhmləri bahalaşdı

      19 Mart 2026

      Rabitəbankda yeni təyinat: Natiq Novruzov idarə heyətinin sədrinin müavini təyin olunub

      19 Mart 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub

      19 Mart 2026

      Mərkəzi Bank “Paşa Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimə edib

      18 Mart 2026

      Bakı Fond Birjası: “Monetar siyasətin yumşaldılması gəlirlilik əyrisinin aşağı enməsinə səbəb olub”

      13 Mart 2026

      Pərvanə Qasımova “CFİ Financial İnvestisiya Şirkəti” QSC ilə yanaşı bu investsiya fonduna da direktor təyin olunub

      12 Mart 2026

      Brent-in qiyməti Səudiyyə NEZ-inə hücum xəbərlərindən sonra 119 dolları keçib

      19 Mart 2026

      Bazar Mənzərəsi: Qızıl geriləyib, neft yüksəldi, Asiya və Avropa arasında fərqli dinamika

      19 Mart 2026

      İnvestorlar bu günkü FED qərarını gözləyir: ABŞ birjalarında son vəziyyət

      18 Mart 2026

      Stiven Smit “The Economist”in 26,9% səhmini Rotşildlərdən satın alır

      18 Mart 2026

      Bitcoin istehsal edən saat yaradıldı

      16 Mart 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      Brent-in qiyməti Səudiyyə NEZ-inə hücum xəbərlərindən sonra 119 dolları keçib

      19 Mart 2026

      İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub

      19 Mart 2026

      Bazar Mənzərəsi: Qızıl geriləyib, neft yüksəldi, Asiya və Avropa arasında fərqli dinamika

      19 Mart 2026

      Mərkəzi Bank “Paşa Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimə edib

      18 Mart 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “Bakcell” Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

      17 Mart 2026
      Recent

      “Bakcell” Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

      17 Mart 2026

      “Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

      17 Mart 2026

      Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb

      16 Mart 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Birja » SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi
    Birja

    SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi

    03 Fevral 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci SOCAR istiqrazları üzrə 13–17-ci kupon dövrlərinin göstəriciləri birjada ticarət aktivliyinin artdığını, investor marağının gücləndiyini və eyni zamanda gəlirliliyin faiz ifadəsində mərhələli şəkildə azaldığını aydın şəkildə ortaya qoyur. Son dövrlərdə müşahidə olunan dinamika göstərir ki, bazarda artım daha çox əməliyyatların həcmi hesabına formalaşır, kupon mexanizmi isə sabitliyini qoruyur.

    Bakı Fond Birjası-nda SOCAR istiqrazları ilə aparılan ticarətin ümumi həcmi ardıcıl dövrlərdə sürətlə artıb. 15-ci kupon dövründə 76,0 milyon ABŞ dolları olan ticarət həcmi 16-cı kuponda 82,3 milyon dollara yüksəlib və bu artım 6,3 milyon dollar həcmində olub, nəticədə artım tempi 8,29% təşkil edib. Daha kəskin dinamika 16-cı kupondan 17-ci kupona keçiddə qeydə alınıb: bu mərhələdə ticarət həcmi əlavə 15,0 milyon dollar artaraq 97,3 milyon dollara çatıb və artım tempi 18,23%-ə yüksəlib. Bu rəqəmlər bazarda SOCAR istiqrazlarına yönələn vəsaitlərin həcminin qısa müddətdə xeyli böyüdüyünü göstərir.

    Ticarət həcminin artması fonunda bağlanan əqdlərin sayı da artıb, lakin artım tempi həcmlə müqayisədə daha zəif olub. 15-ci kupon dövründə 1430 olan əqd sayı 16-cı kuponda 1523-ə çatıb, artım 93 əqd yaxud 6,50% olub. 17-ci kupon dövründə isə əqd sayı 1612-yə yüksəlib, əvvəlki dövrlə müqayisədə 89 əqd artım qeydə alınıb və artım tempi 5,84 %-ə enib. Bu mənzərə göstərir ki, bazarda iştirakçıların sayı artsa da, ticarət həcminin daha sürətli böyüməsi əsasən iri məbləğli əməliyyatların payının artması ilə bağlıdır.

    Bunu orta əməliyyat məbləğinin dinamikası da təsdiqləyir. 15-ci kupon dövründə 1 əqdin orta məbləği təxminən 53,1 min ABŞ dolları olduğu halda, 16-cı kupon dövründə bu göstərici 54,0 min dollara yüksəlib və artım tempi 1,68 % olub. 17-ci kupon dövründə isə orta əqd məbləği kəskin şəkildə artaraq 60,4 min dollara çatıb və əvvəlki dövrlə müqayisədə 11,70% artım qeydə alınıb. Bu göstərici bazarda daha iri portfellə ticarət edən investorların sayının artdığını göstərir.

    Bütün bu artım fonunda kupon ödənişlərinin məbləği dəyişməz qalıb. 15-ci, 16-cı və 17-ci kupon dövrlərinin hər birində investorlar eyni məbləğdə, yəni 1 milyon 125 min ABŞ dolları həcmində kupon ödənişi alıblar və nominal ifadədə kupon ödənişində dəyişiklik olmayıb. Bu isə istiqrazların şərtlərinin sabitliyini və gəlirin əvvəlcədən proqnozlaşdırıla bilən xarakter daşıdığını göstərir.

    İnvestorların ikinci SOCAR istiqrazları üzrə kumulativ gəliri isə hər kupon dövründə ardıcıl olaraq artıb. 15-ci kupon dövründə kumulativ gəlir 16,875 milyon dollar olduğu halda, 16-cı kuponda bu məbləğ 18,0 milyon dollara, 17-ci kuponda isə 19,125 milyon dollara yüksəlib və hər dövrdə nominal artım 1,125 milyon dollar təşkil edib. Bununla belə, faiz ifadəsində dövr üzrə gəlirlilik azalıb: 15-ci kupondan 16-cı kupona keçiddə gəlirlilik 6,67% olduğu halda, 16-cı kupondan 17-ci kupona keçiddə bu göstərici 6,25 %-ə enib və nəticədə dövr üzrə gəlirlilik 0,42% bəndi azalıb. Bu azalma mənfi tendensiya deyil, kumulativ baza məbləğinin böyüməsi fonunda eyni nominal gəlirin faizlə daha aşağı görünməsinin təbii nəticəsidir.

    Ümumilikdə, mövcud göstəricilər onu deməyə əsas verir ki, SOCAR istiqrazları üzrə birjada ticarət həcmi sürətlə artır, əqd sayı artsa da artım əsasən orta əməliyyat məbləğinin böyüməsi hesabına formalaşır, kupon ödənişləri sabit qalır və faizlə ifadə olunan dövr üzrə gəlirlilik mərhələli şəkildə azalaraq istiqrazları daha yetkin, likvid və stabil maliyyə alətinə çevirir. Bu dinamika SOCAR istiqrazlarının investorlar tərəfindən uzunmüddətli və aşağı riskli gəlir mənbəyi kimi qəbul olunduğunu aydın şəkildə göstərir.

    Müəllif:Aynur Qəniyeva

     

     

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Brent-in qiyməti Səudiyyə NEZ-inə hücum xəbərlərindən sonra 119 dolları keçib

    19 Mart 2026

    İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub

    19 Mart 2026

    Bazar Mənzərəsi: Qızıl geriləyib, neft yüksəldi, Asiya və Avropa arasında fərqli dinamika

    19 Mart 2026

    Mərkəzi Bank “Paşa Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimə edib

    18 Mart 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.