Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) beynəlxalq ticarət üzrə “qolu” olan SOCAR Trading S.A. (İsveçrə) özəl “Italiana Petroli” (IP) şirkətinin aktivlərini satın alaraq, Avropada ən böyük enerji oyunçularından birinə çevrildi.
GDP xəbər verir ki, müqaviləyə əsasən, SOCAR-a aşağıdakı aktivlər keçir:
· İtaliyada yerləşən iki neft emalı zavodu;
· Ölkə ərazisində fəaliyyət göstərən 4500-dən çox yanacaqdoldurma məntəqəsinin şəbəkəsi;
· Geniş neft anbarları və saxlanma terminalları;
· Əlaqəli logistika və nəqliyyat infrastrukturu.
Məlumata görə, SOCAR Trading hər iki neft emalı zavoduna illik ümumilikdə 10 milyon ton xam neft təchizatını təmin etməyi öhdəsinə götürüb. Bu, Azərbaycan neftinin Avropa bazarında mövqeyinin daha da gücləndiyini nümayiş etdirir.
Satın almanın mühüm sosial tərəfi də var. SOCAR, Italiana Petroli şirkətinin 16 mindən çox işçisinin iş yerlərini qorumağı və onların əmək münasibətlərini qoruyub saxlamaqla öhdəsinə götürüb. Bununla yanaşı, bütün alınmış obyektlərin fəaliyyətinin ətraf mühitə cavabdehliyi və ekoloji normalara ciddi riayət etməsi təmin ediləcək.