SOCAR-KBR MMC-nin Azərbaycanda BMT-nin Qlobal Sazişinə rəsmi qoşulduğunu elan etməkdən məmnunuq.
GDP xəbər verir ki, bunu SOCAR-KBR MMC-nin baş meneceri Rəşad Şabanov açıqlayıb.
O bildirib : “Bu yeni yola başlayarkən biz öz təcrübələrimizi Qlobal Sazişin Prinsipləri ilə uyğunlaşdırmağa və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verməyə sadiqik. Biz vacib dəyişiklikləri həyata keçirmək üçün digər qurumlarla əməkdaşlıq etməyə can atırıq.”
Rəşad Şabanovun sözlərinə görə,BMT Qlobal Sazişinə qoşulmaq bizim üçün əhəmiyyətli bir addımdır və biz cəmiyyətimizdə və onun hüdudlarından kənarda müsbət təsir göstərmək imkanlarını nəzərdən yetiririk. “Bu fürsətə görə BMT-nin Qlobal Sazişin Azərbaycandakı nümayəndəliyinə təşəkkür edirəm.”