SOCAR Trading şirkətində yeni İdarə Heyəti sədri təyin edilib. ABŞ vətəndaşı Natiq Mustafayev, 2018-ci ildən bu vəzifəni icra edən Məryəm Almaszadəni əvəz edib.
GDP xəbər verir ki, Natiq Mustafayevin iqtisadiyyat və maliyyə sahəsində geniş təcrübəsi var. O, 2010-2014-cü illərdə Credit Suisse (Avropa) Ltd.-də iqtisadçı, 2016-2024-cü illərdə isə Barings (Birləşmiş Krallıq) Ltd.-də inkişaf etməkdə olan bazarlar üzrə iqtisadçı vəzifəsində çalışıb. Həmçinin, “For Azerbaijan” təşkilatının təsisçilərindən biridir.
Mustafayevin neft sektoru ilə bağlı da təcrübəsi var. 2008-2009-cu illərdə bp şirkətində biznes analitiki kimi fəaliyyət göstərib. Bundan əlavə, 2003-2008-ci illərdə Kolumbiya Universitetində dərs deyib.
Mustafayev Azərbaycanda dövlət sektorunda da müəyyən təcrübə qazanıb. 2009-2010-cu illərdə Azərbaycan Dövlət Qiymətli Kağızlar Komitəsinin Araşdırmalar və Bazarın İnkişafı Departamentinin direktor müavini olub.