SOCAR-ın İnteqrasiya Olunmuş Qaz Segmentinin və “SOCAR Midstream Gas Operations” MMC-nin rəhbər şəxlərindən ibarət nümayəndə heyəti Huawei-in qərargahına işgüzar səfər edib.
GDP xəbər verir ki, SOCAR-ın Vitse-prezidenti və “SOCAR Midstream Gas Operations”-un İcraçı Direktoru Polad Rüstəmovun rəhbərlik etdiyi heyətin tərkibində şirkətin qaz infrastrukturunun istismarı, modernləşdirilməsi və texnologiya tərəfdaşlığı üzrə məsul şəxslər də yer alıb.
Səfər zamanı tərəflər SOCAR-ın qaz infrastrukturu üçün rəqəmsal həllər və ağıllı idarəetmə sistemlərinin inteqrasiyası imkanlarını müzakirə ediblər. Görüşdə əsas diqqət operativ səmərəliliyin artırılması və enerjinin idarə edilməsində innovativ texnologiyaların tətbiqinə yönəlib.
Həmçinin, SOCAR-ın davam edən rəqəmsal transformasiya prosesini dəstəkləmək üçün əməkdaşlığın genişləndirilməsi və gələcək texnologiya təşəbbüslərinin araşdırılması məsələləri də müzakirə edilib.






