2024 ilin I rübündə Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac baş tutub.
Son 1 ay ərzində Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda banklara 682,7 milyon ABŞ dolları satıb. İlin əvvəlindən sonuncu valyuta hərracında qədər banklara 2 milyard 339 milyon 9 min ABŞ dolları satılıb.
Sonuncu valyuta hərracında bankların dollar tələbi 2024 cü il ərzində ilk dəfə 50 milyon ABŞ dollarından aşağı enərək 44.5 milyon dollar təşkil edib.
GDP son 1 ay ərzində valyuta hərraclarında satılan valyutanın həcmi ilə bağlı dinamikanı əks etdirən qrafiki tədim edir.