Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə 2018-ci ildən bəri güzəştli mənzillərin satışını həyata keçirir.
GDP xəbər verir ki,bu müddət ərzində 4802 şəxsə 233,1 milyon manat məbləğində güzəştli ipoteka krediti təqdim edilib.
Güzəştli mənzillərin 70 %-dən çoxu, yəni təxminən 3361 mənzil İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə satılıb.