Pərakəndə bitcoin investorları, Maykl Seylorun Strategy fondunda yatırım edənlər, hazırda zərər içindədir. Fondun səhmləri son maksimum göstəricilərdən 60% aşağı düşüb və kriptovalyuta bazarındakı ümumi eniş fonunda vəziyyət daha da ağırlaşır.
Şirkət bazar panikasını azaltmaq və qiymətlər bir qədər də düşərsə, bitkoinlərin satılmasının qarşısını almaq məqsədilə bazar ertəsi 1.4 milyard dollar həcmində ehtiyat yaratdığını açıqlayıb. Bu ehtiyat dividend və faiz ödənişlərini qarşılamaq üçün nəzərdə tutulub. Lakin bir çox investor üçün artıq ciddi itkilər yaranıb.
Strategy-nin üç birja fondu — MSTX, MSTU və MSTP — xüsusilə ağır zərər görüb.
Bitcoin üzrə ikiqat leveraged (yüksəldilmiş riskli) strategiya tətbiq edən bu fondlar 2025-ci ildə öz dəyərinin 80%-dən çoxunu itirib və ABŞ bazarındakı 4700-dən çox fond arasında ən pis nəticə göstərən ilk 10 fond siyahısına düşüb. Bu fondların ümumi itkisi oktyabrın əvvəlindən bəri təxminən 1.5 milyard dollar təşkil edir.
Strategy həmçinin MSCI USA və Nasdaq 100 kimi böyük fond indekslərindən çıxarıla bilər.
JPMorgan analitikləri xəbərdarlıq edir ki, belə bir addım kütləvi kapital çıxışına səbəb ola və şirkətin vəziyyətini daha da çətinləşdirə bilər. Bir vaxtlar Strategy-nin S&P 500 indeksinə daxil olması ehtimalı müzakirə olunurdu, lakin hazırda bu perspektiv ciddi şəkildə sual altındadır.


